"Nvidia"nın gəliri iki dəfədən çox artaraq 96,2 milyard dollara çatıb

12:36 - 27.08.2026


27 avqust, Fineko/abc.az. ABŞ-nin çip istehsalçısı "Nvidia" Maliyyə İlinin ikinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin rüblük gəliri illik müqayisədə 106% artaraq 96,2 milyard dollara yüksəlib və piyasa gözləntilərini üstələyib.

Hesabat dövründə "Nvidia"nın net mənfəəti 126% artımla 59,7 milyard dollar təşkil edib, məlumat mərkəzlərindən (Data Center) əldə olunan gəlir isə 89 milyard dollara çatıb. Şirkət növbəti rüb üzrə gəlir proqnozunu 108 milyard dollar olaraq elan edib. Maliyyə nəticələrinin açıqlanmasından sonra "Nvidia"nın səhmləri birjadankənar əməliyyatlarda 4%-dən çox dəyər qazanıb.