14:37 - 29.01.2020
29 yanvar, Fineko/abc.az. 2019-cu ildə əvvəlki ilə nisbətən “Bank Avrasiya”nın cəmi aktivləri 1,7% artaraq 170 milyon 438 min manata çatıb.
ABC.AZ Bankın 2019-cu il hesabatına istinadən xəbər verir ki, adıçəkilən Bank 2018-ci ilin sonunda 167 milyon 637 min manat cəmi aktivlərə malik idi.
Hesabata əsasən, bankın 2018-ci ildə 99 milyon 6 min manat müştərilərə verdiyi kreditlər ötən il 109 milyon 250 min manata yüksəlib. “Bank Avrasiya”dakı depozitlər isə cüzi ,1,1% azalaraq 53 milyon 822 min manata geriləyib.
Qeyd edək ki, 2018-ci ilin sonunda Bankdakı depozitlər 54 milyon 454 min manat idi.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026