12:24 - 27.01.2020
27 yanvar, Fineko/abc.az. “PAŞA Bank” 2019-cu ilin yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.
ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, 31 Dekabr 2019-cu il tarixində “PAŞA Bank”ın cəmi aktivləri 4 milyard 767 milyon 450 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 1 milyard 799 milyon 33 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin analoji dövründə adıçəkilən bankın cəmi aktivləri 4 milyard 695 milyon 717 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 1 milyard 320 milyon 893 min manat təşkil etmişdi.
Müəllif: Elmir Murad
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026