12:15 - 27.01.2020
27 yanvar, Fineko/abc.az. “PAŞA Bank” ASC 2019-cu ili 65 milyon 40 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ bankın ilin yekunları ilə bağlı hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 12 milyon 17 min manat və ya 18.5% azalıb. Belə ki, “PAŞA Bank” 2018-ci ili 77 milyon 57 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalması cəmi xərclərin cəmi gəlirlərdən daha çox artması ilə bağlıdır.
Sözügedən dövrdə “PAŞA Bank Azərbaycan”ın cəmi gəlirləri 272 milyon 802 min manat, cəmi xərcləri isə 207 milyon 762 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “PAŞA Bank Azərbaycan”ın cəmi gəlirləri 212 milyon 934 min manat, cəmi xərcləri isə 135 milyon 878 min manat təşkil etmişdi. 2018-ci illə müqayisədə 2019-cu ildə "PAŞA Bank"ın cəmi gəlirləri 59 milyon 868 min manat, cəmi xərcləri isə 71 milyon 884 min manat artıb. Cəmi xərclərdəki artımın cəmi gəlirlərdəki artımdan 12 milyon 17 min manat çox olması xalis mənfəətin də bu qədər azalmasına səbəb olub.
Qeyd edək ki, "PAŞA Bank" 2019-cu ilin mənfəətindən 45 milyon 232 min manat dividend elan edib.
Müəllif: Elmir Murad
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026