12:22 - 23.01.2020
23 yanvar, Fineko/abc.az. 2019-cu ildə “NBC Bank” ASC-də ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2 milyon 109 min manat azalıb.
ABC.AZ Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, vaxtı keçmiş kreditlərin ümumi məbləği 2018-ci ilin sonunda 11 milyon 157 min manat ikən 2019-cu ilin sonunda 9 milyon 48 min manat təşkil edib. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 5.26%-dən 3.58%-ə düşüb. Ötən il “NBC Bank”ın kredit portfeli 40 milyon 394 min manat artaraq 252 milyon 598 min manata çatıb.
Qeyri-standart kreditlərin kredit portfelində xüsusi çəkisi isə 4,6%-dən 3.20%-ə geriləyib. Qeyri-standart aktivlər (90 günədək və daha çox gecikdirilmiş kreditlər) - "qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz" aktivlərdir.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026