11:43 - 21.01.2020
21 Yanvar, Fineko/abc.az. Yanvarın 18-də “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı ASC-nin ((BOKT) 2019-cu ilin yekunlarına dair ümumi yığıncağı keçirilib.
ABC.AZ BOKT-a istinadən xəbər verir ki, yığıncaqda qeyd olunub ki, hesabat dövründə Cəmiyyətin bütün göstəriciləri müsbət dinamika nümayiş etdirib. Belə ki, aktivlər 136%, nizamnamə kapitalı 159,4%, kredit portfeli 126%, müştəri sayı 134%, ümumi gəlirlər 153%, mənfəət 190% artıb. Bununla yanaşı 2019-cu ilin balans mənfəəti 360 min 75 manat olub.
1 yanvar 2020-ci ilə şirkətin məcmu kapitalı 1 milyon 660 min 130 manat təşkil edib. Kapitalın artımı 2020-ci ildə də davam etdiriləcək. İclasda “Finex Kredit” BOKT ASC-nin 2020-2022-ci illər üçün 3 illik inkişaf strategiyası təsdiq edilib.
Qeyd edək ki, adıçəkilən BOKT 14 iyun 2013-cü ildən Dövlət qeydiyyatından keçib. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026