Azərbaycanda nə qədər bankomat var? - Mərkəzi Bankdan açıqlama

13:08 - 30.12.2019


30 dekabr, Fineko/abc.az. Ölkədə ödəniş kartlarının sayı 7,5 mln. ədədə, bankomatların sayı 2,6 min ədədə, POS-terminalların sayı 65,2 min ədədə çatıb.

ABC.AZ Mərkəzi Bankın açıqladığı bəyanata istinadən xəbər verir ki, ödəniş kartlarının 18,1%-i təmassız kartlardır.

Ötən illə müqayisədə bankomatların sayı 2,2%, təmassız POS-terminallar 35% artıb. Ödəniş kartları ilə bütün vasitələrlə aparılan nağdsız ödənişlərin həcmi 57%, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 93% çoxalıb. Ölkə daxilində kartlarla aparılan nağdsız ödənişlərin xüsusi çəkisi son beş ildə 8%-dən hal-hazırda 20%-ə kimi yüksəlib.

Müəllif: Elmir Murad