13:06 - 30.12.2019
30 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracında 100 mln. manat cəlb edib.
“AMB dekabrın 30-da növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərrac zamanı tələb 711,2 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026