11:33 - 30.12.2019
30 dekabr, Fineko/abc.az. Dövlət Neft Fondunun 2020-ci il büdcəsi təsdiq edilib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 88,2 min manat, xərcləri isə 11 milyard 589 milyon 910,3 min manat məbləğində təsdiq olunub.
Neft Fondun gəlirlərinin 10 milyard 563 milyon 404,5 min manatı Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla), 4 milyon 692 min manatı karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişlər, 19 milyon 380 min manatı neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər, 1 milyard 31 milyon 271,7 min manatı Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, 765 milyon 340 min manatı neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar hesabına formalaşacaq.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026