“PSG Finans” BOKT nizamnamə kapitalını kəskin artırıb

15:40 - 27.12.2019


27 dekabr, Fineko/abc.az. “PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2,55 milyon manat və yaxud 2,5 dəfə artırıb.

Xəbər verilir ki, BOKT-un kapitalı 1,7 milyon manatdan 4,25 milyon manata çatıb.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb, “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə “PSG Kapital İnvestisiya Şirkəti” QSC də təmsil olunur.

© Report.az