12:13 - 26.12.2019
26 dekabr, Fineko/abc.az. Dekabrın 25-də "Rabitəbank"-ın müşətrilərinin plastik kartlarındakı hesablarından kommunal ödənişlərin silinməsi barədə iddialara bank tərəfindən aydınlıq gətirilib.
ABC.AZ xəbər verir ki, bankın rəsmi açıqlamasında qeyd olunub ki, "Rabitəbank" müştərilərinə ödənişlərin daha rahat həyata keçirmələri və ödənişlərinin tarixçələrini rahat izləyə bilmələri üçün yeni imkanların tətbiqinə hazırlaşır. Yeniliklər AzeriCardla birgə həyata keçirilir və dekabrın 25-də yeni xidmətlərin tətbiqi istiqamətində aparılan sınaqlar zamanı nasazlıq nəticəsində təkrar silinmiş kommunal ödənişlər, müştərilərin hesabına geri qaytarılıb.
Qeyd edək ki, dekabrın 25-də bəzi Kütləvi İnformasiya Vasitələrində “AzeriCard” MMC-nin səhvi səbəbindən "Rabitəbank" ASC-nin plastik kartlarından vəsaitlərin silindiyi xəbəri yayılmışdı. Bu barədə isə bankın müştərilərinə göndərdiyi mesajda qeyd olunmuşdu.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026