10:14 - 26.11.2019
26 noyabr, Fineko/abc.az. Noyabrın 27-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən ABC.AZ-a daxil olan məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Hərraca çıxarılan həcmi 170 milyon manat, notun nominal dəyəri 100 АZN, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 26.12.2019-dir. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026