11:41 - 15.08.2019
15 avqust, Fineko/abc.az. VFS Global şirkəti ilə birgə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi tərəfindən idarə edilən Kanada Viza Müraciət Mərkəzi (CVAC) yeni ünvanda - Yasamal rayonu, İzmir küçəsi, 23-də yerləşən ofisində (Hyyat Reygency mehmanxanasının yaxınlığında) fəaliyyətini davam etdirir.
Kanada Hökuməti adından fəaliyyət göstərən CVAC müvəqqəti yaşayış kateqoriyalarına aid bütün növ müraciətləri (ziyarətçi vizası, təhsil və iş vizası), o cümlədən Kanadanın Azərbaycanda yaşayan daimi rezidentlərindən yol sənədlərinə dair müraciətləri qəbul edir.
Mərkəzin əlaqə nömrəsi (+994 12) 538 57 44
Email: [email protected]
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026