Muğanbank kapitalını artırır

10:58 - 5.08.2019


5 avqust, Fineko/abc.az. Muğanbank ASC-nin nizamnamə kapitalının 100 milyon manatadək artırılması qərara alınıb.

Bu barədə bankın yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, 23 iyul 2019-cu il tarixində, “Muğanbank” ASC-nin kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə Səhmdarların Ümumi Yığıncağı keçirilib. İclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın Nizamnamə Kapitalının 5 milyon manat artırılması qərara alınıb.

Bununla əlaqədar, hər birinin nominal dəyəri 200 AZN olan, 25 000 ədəd adi, sənədsiz, adlı səhmlərin emissiyasının dövlət qeydiyyatına alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilmişdir.

Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 95 mln AZN-dən 100 mln manatadək çatdırılacaq.