“Azər-Türk Bank” qiymətli kağızlara investisiyasını artırıb

15:21 - 26.07.2019


26 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azər-Türk Bank” ASC 2019-cu ilin 1-ci yarısı (yanvar-iyun dövrünü) üçün maliyyə hesabatını açıqlayıb.

Hesabata əsasən, Bank 30 İyun 2019-cu il tarixində 336 milyon 9 min manat cəmi aktivlərə malik olub.

Müqayisə üçün qeyd edək ki, 30 İyun 2018-ci il tarixində Bankın cəmi aktivləri 313 milyon 744 min manat təşkil etmişdi.

2018-ci ilin 1-ci yarısının yekunu ilə müqayisədə müştərilərə verilən kreditlər 25 milyon 790 min manat və ya 19,4% artaraq 30 İyun 2019-cu il tarixində 159 milyon 10 min manata çatıb.

Digər bankların “Azər-Türk Bank”a borcları təxminən 34 milyon manat və ya 56% artaraq 94 milyon 856 min manata yüksəlib. Qeyd edək ki, banklar digər banklara depozit yerləşdirərək də gəlir götürürlər. “Azər-Türk Bank” qiymətli kağızlara da investisiyasını artırıb.