15:51 - 28.06.2019
28 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may ayları ərzində Azexport.az portalına 261,8 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 4,6 % artıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, bu ilin may ayında isə sifarişlərinin dəyəri 32,5 milyon dollar təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 17,3 %-lik artım qeydə alınıb.
2019-cu ilin 5 ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,6%), Türkiyə (7,4%), İngiltərə (5,9%), ABŞ (5,9%) və Hindistan (5,9%) qərarlaşıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026