17:05 - 20.06.2019
20 iyun, Fineko/abc.az. “Reytinq agentlikləri Azərbaycanın reytinqinə çox xəsis yanaşırlar”.
Bunu AzTv-nin “Günün nəbzi” proqramına qonaq olan Maliyyə naziri Samir Şərifov bildirib.
O, qeyd edib ki, Azərbaycanın reytinqi bir qədər də yüksək olmalıdır. Azərbaycanın son iki ildə əldə etdiyi nailiyyətləri xatırladan nazir bildirib ki, ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyinin bərqərar olması, kifayət qədər əhəmiyyətli maliyyə buferlərinin yerləşdirilməsi, bir sıra digər vacib islahatların həyata keçirilməsi maliyyə dayanıqlığının uzun müddətdə saxlanılmasına yönəlib: “Bu əsasda hesab edirəm ki, reytinqimiz bir pillə artıb. Düşünürəm ki, biz buna layiqik. Hələ ki, bu qərar qəbul edilməyib. Ancaq bz çalışacağıq ki, bu qərarı tezliklə biz əldə edək”.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026