15:33 - 13.06.2019
13 iyun, Fineko/abc.az. Azərbaycanda ən böyük şirkətlər qrupu sırasına daxil olan, “Gilan”-nın və holdinqə daxil olan bir sıra digər şirkətlərin nizamnamə kapitallarının artırılması planlaşdırılır.
Holdiqdən verilən məlumata görə, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcəkdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.