13:00 - 19.03.2019
19 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.
AMB-in məlumatına görə, depozit hərracı martın 27-də keçiriləcək. Hərrac vasitəsilə 14 gün müddətinə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi 7,01%-8,99% səviyəsində müəyyən edilib.
AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirir.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026