13:22 - 15.03.2019
15 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycan 11484,5 milyon manat məbləğində məhsul istehsal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında adambaşına düşən ÜDM 1 163,8 manat təşkil edib.
“ÜDM-in 47,2%-i sənaye, 10,1%-i ticarət, 5,4%-i nəqliyyat vasitələrinin təmiri, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 3,2%-i kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahəsi, 15,7%-i isə digər sahələrin payına düşüb”, - Dövlət Statistika Komitəsindən bu məlumat bildirilib.
Məlumatda deyilir ki, ölkənin ÜDM-də malların ixracı üzrə vergi payı 7,2% təşkil edib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026