10:24 - 5.03.2019
5 mart, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,87 dollar (1,31%) /barelə artıb.
Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,35 dollar təşkil edir.
Bazar ertəsi günü Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,79 dollar (1,42%) artaraq bir barelə 56,59 dollar təşkil etmişdir.
Martın 4-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin sessiyası nəticəsində “Brent”in may fyuçersi 0,60 dollar (0,92%) artaraq bir barelə 65,67 dollar təşkil etmişdir.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026