10:40 - 19.02.2019
19 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-in (ADY) sədri Cavid Qurbanov Avstriyanın Federal Dəmir Yolları SC-nin baş direktoru Andreas Mattenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Andreas Matte qeyd edib ki, son illərdə Azərbaycan ilə Avstriya arasında münasibətlər bütün sahələrdə, o cümlədən iqtisadi sahədə genişlənir.
“Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində maraqlıyıq”, - A.Matte belə deyib.
Məlumatda deyilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-in (ADY) sədri Cavid Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə 2017-ci ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Sonra ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub və əməkdaşlığın genişlənməsini davam etdirməyə qərar verilib.
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026