13:57 - 12.02.2019
12 fevral, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) yanvar ayında dövlət büdcəsinə yanvarın 329, 645 milyon manat köçürüb. 2018-ci ilin yanvar ayında isə bu göstərici 226,088 milyon manat təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, keçən ay büdcəyə 233,048 milyon manat ƏDV vergisi, aksiz vergisi üzrə 16,862 milyon manat, yol vergisi üzrə 3,254 milyon manat köçürülüb. Köçürülmüş gömrük rüsumlarının həcmi 76,480 milyon manat təşkil edib.
Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ildə dövlət büdcəsinə 3,434 milyard manat, 2017-ci ildə 2,608 milyard manat köçürmüşdür.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026