09:45 - 25.01.2019
25 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,1 dollar və yaxud 0,16% artıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,84 dollar təşkil edir.
24 yanvar tarixində Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 0,51 dollar (0,97%) qalxaraq bir barelə 53,13 dollar təşkil etmişdir.
“ICE” birjasında cümə axşamı günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 0,05 dollar (0,08%) enərək bir barelə 61,14 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 7,96 dollara bərabərdir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026