Korrupsiya haqqında məlumat verənlərə pul mükafatı veriləcək

15:01 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. Milli Məclisin iclasında I oxunuşda qəbul edilən "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsinə əsasən, iş yerində korrupsiya halları barədə xəbər verən şəxslərə pul mükafatı ödəniləcək və onların təzyiqlərdən müdafiəsi təmin olunacaq.

Yeni mexanizmin tətbiqi üçün üç məcəllə və altı qanuna dəyişikliklər təklif edilir.

Belə ki, Əmək Məcəlləsi ilə məlumat verənlərin əmək hüquqları qorunacaq, Vergi Məcəlləsinə əsasən verilən mükafat gəlir vergisindən azad ediləcək, Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklə isə həmin şəxslərin şahid qismində dindirilməsi və xüsusi müsadirə olunmuş əmlak hesabına pul ödənilməsi üçün hüquqi əsas yaradılacaq.