Qeyri-neft büdcə gəlirləri 9,3% artıb — Maliyyə Nazirliyi

12:46 - 29.10.2026


29 Oktyabr, Fineko/abcnews. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 16 milyard 381,3 milyon manat təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici ümumi büdcə gəlirlərinin 55,9%-ni təşkil etməklə 2025-ci ilin analoji dövrü ilə müqayisədə 4,5 faiz-bənd çoxdur. Qeyri-neft daxilolmaları proqnozu 161,9 milyon manat (1%), ötən ilin müvafiq dövrünü isə 1 milyard 388,4 milyon manat və ya 9,3% üstələyib.

Qeyri-neft-qaz sektoru üzrə gəlirlərin 63%-i (10 mlrd. 327,9 mln. manat) vergi orqanlarının, 30,4%-i (4 mlrd. 973,3 mln. manat) gömrük organlarının, 3,3%-i (543,2 mln. manat) ödənişli xidmətlərin, 3%-i (493,7 mln. manat) sair daxilolmaların, 0,3%-i (43,2 mln. manat) isə dövlət əmlakının icarəsinin payına düşüb.

Eyni zamanda, neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard 930,5 milyon manat olmaqla proqnozu 625,5 milyon manat (5,1%) aşıb.