14:14 - 28.10.2026
28 oktyabr, Fineko/abc.az. "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsinə əsasən, vəzifəli şəxslərə kənar fəaliyyətlə bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq.
Sənədə görə, vəzifəli şəxs şəxsi marağı olan məsələlərdə və gəlir əldə etdiyi tərəflərlə münasibətlərdə öz qurumunu təmsil edə bilməz, eləcə də qulluq dövründə və vəzifədən azad edildikdən sonra 2 il müddətində həmin qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz.
Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektin rəyi olmadan əlavə vəzifə tutmaq və kənar fəaliyyətlə məşğul olmaq qadağan edilir.
Bu tür kənar fəaliyyətlərə yalnız o halda icazə verilir ki, onlar maraqlar toqquşması yaratmasın və əsas işin effektivliyinə mane olmasın.
İş vaxtından kənar, xidməti vəzifələrlə bağlı olmayan və hər hansı maddi və ya başqa bir mənfəət güdməyən fəaliyyətlər isə kənar fəaliyyət hesab olunmur.
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026