16:19 - 29.10.2026
29 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin sentyabr ayına olan real sektor monitorinqinin nəticələrinə əsasən, ölkə iqtisadiyyatının əksər aparıcı sahələrində inam indeksi müsbət zonada qaldığı halda, tikinti sektoru mənfi göstərici ilə digər sahələrdən kəskin fərqlənib.
Müqayisə üçün qeyd olunur ki, sentyabr ayında sənaye sektorunun inam indeksi müsbət 13 bənd, xidmət sektorunda 17,6 bənd, pərakəndə ticarətdə isə 17,9 bənd təşkil edib.
Tikinti isə monitorinq olunan dörd əsas sektor arasında mənfi inam indeksinin qeydə alındığı yeganə sahə olub.
Bu geriləməyə baxmayaraq, tikinti müəssisələrinin qiymət gözləntilərində nisbi artım dinamikası müşahidə olunub.
Növbəti üç ay üzrə qiymət gözləntiləri göstəricisi avqust ayındakı mənfi 24,6 bənddən sentyabrda mənfi 4,6 bəndə yüksəlib.
Bununla belə, sektor üzrə son üç ayda icraya qəbul edilmiş sifarişlərin -60,7 bəndə qədər düşməsi və işçi qüvvəsinə olan tələbatın -20,2 bəndə geriləməsi tikinti sahəsindəki ümumi durğunluğun əsas səbəbləri kimi göstərilir.
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
28 Oktyabr 2026