Dövlət qurumları buna görə ictimaiyyətə hesabat verəcək

15:11 - 28.10.2026


28 oktyabr, Fineko/abc.az. Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyətə hesabat verəcəklər.

Bu barədə Milli Məclisə daxil olan "Maraqlar toqquşması" haqqında yeni hazırlanmış qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilib ki, qurumlar hər il yanvarın 15-dək əvvəlki il ərzində qəbul edilmiş ianələrin məbləği və ianə verən subyektlər barədə ictimaiyyətə məlumat verməli olacaqlar.

Sənədə əsasən, ianə hesabına qurumun işçilərinə məvacib, mükafat, başqa formada ödəniş və ya hədiyyə verilməsi nəzərdə tutulmur.

Bundan başqa, qurumun ianə ediləcək fəaliyyət sahəsi üzrə çalışan işçilərinin ianə verən şəxslə münasibətlərin qurulmasında, danışıqlarda və müzakirələrdə iştirak etməməsi təklif olunur.