Bu ölkə Rusiyaya Qırmızı dəniz sahilində azad iqtisadi zona yaratmağı təklif edib

14:30 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. Sudan Moskva ilə Qırmızı dəniz sahilində azad iqtisadi zona yaratmağı təklif edir. Bu zona Rusiya mallarının, ilk növbədə buğda və yanacağın saxlanılması və Afrika ölkələrinə sonrakı tədarükü üçün istifadə oluna bilər.

Bu barədə Sudanın Keçid Suveren Şurasının sədri Əbdülfəttah əl-Burhan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

“Sudan Afrikaya açılan qapıdır və biz Qırmızı dəniz sahilində Rusiyanın yanacaq və buğda anbarları yarada biləcəyi azad iqtisadi zona təşkil edə bilərik”, – deyə o bildirib.