10:38 - 30.10.2026
30 oktyabr, Fineko/abc.az. Yaponiya Bankı gözlənildiyi kimi overnight (bircüzi) faiz dərəcəsini 1,25% səviyyəsində dəyişməz saxlayıb (qərar 1-ə qarşı 8 səs çoxluğu ilə qəbul edilib).
Tənzimləyici qurum baza inflyasiyasının 2%-lik hədəf nöqtəsində sabitləşdiyini bəyan etsə də, 2027-ci ilin martında başa çatan maliyyə ili üçün inflyasiya proqnozunu 2,4%–2,7%-ə qaldırıb (əvvəlki proqnoz 2,2%–2,7% idi).
Əsas proinflyasiya riskləri arasında zəif ien, baha enerji daşıyıcıları və süni intellekt (AI) sahəsindəki tələb qeyd olunub.
Həmçinin, stimullaşdırıcı tədbirlərin mərhələli şəkildə dayandırılması çərçivəsində mərkəzi bank birja fondlarına (ETF) qoyulmuş investisiyalarının satışını sürətləndirəcəyini elan edib.
2027-ci ilin yanvarından etibarən onların illik satış tempi təbii olaraq təxminən 2,5 dəfə artaraq 330 milyard iendən 860 milyard ienə ($5,47 milyard) çatacaq.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026