17:52 - 28.10.2026
28 Oktyabr, Fineko/abcnews. İsveçrənin ən böyük bankı "UBS Group AG" 2026-cı ilin üçüncü rübündə xalis mənfəətini illik müqayisədə 8% artıraraq 2,69 milyard dollara çatdırıb. İsveçrə hökuməti tərəfindən bank üçün yeni, daha kəskin kapital tələblərinin müəyyən edilməsi müzakirələrinə baxmayaraq, maliyyə konqlomeratı investorlara xidmət edən addımlarını kəskinləşdirib.
Bank Q3 çərçivəsində 1,8 milyard dollar həcmində səhm geri alımı həyata keçirib və əvvəlcə 2027-ci ilin ortasınadək nəzərdə tutulan 3 milyard dollarlıq ümumi səhm geri alımı proqramını tamamlama müddətini 2027-ci ilin fevralına qədər sürətləndirdiyini elan edib. UBS-in bu güclü nəticələri Qlobal Sərvətlərin İdarə Edilməsi (Global Wealth Management) bölməsinə axan 55 milyard dollarlıq yeni xalis aktivlər və "Credit Suisse"in inteqrasiyası çərçivəsində xərclərin 13,2 milyard dollar azaldılması hesabına əldə olunub.
Bununla belə, bankın İdarə Heyətinin sədri və icraçı direktoru Serco Ermotti İsveçrə parlamentinin sərt kapital standartları təklif edəcəyi təqdirdə bankın qlobal rəqabət qabiliyyətinin zərbə alacağını və hətdə baş qərargahın ölkədən köçürülməsi riskinin nəzərdən keçirilə biləcəyini vurğulayıblar.
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026