15:02 - 29.10.2026
29 oktyabr, Fineko/abcnews. Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya (birləşmə) prosesləri baş verəcəyi təqdirdə bu addımı dəstəkləyəcək.
Bu barədə keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Baş tənzimləyicinin rəhbəri vurğulayıb ki, iri bankların birləşməsi maliyyə bazarında rəqabət mühitinin güclənməsinə təkan verə bilər:"Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünki düşünürük ki, maliyyə sektorunun strukturuna nəzər saldıqda, iki-üç böyük bankın konsolidasiyası nəticəsində rəqabət arta bilər. Gözləntimiz də məhz budur. Gələn il konsolidasiya ilə bağlı hər hansı tədbir və ya plan olarsa, biz bunu dəstəkləyəcəyik. Sözsüz ki, maliyyə sektorunda rəqabətin təmin edilməsi də vacibdir. Hazırda bu il üçün belə bir planımız yoxdur. Gələn il hər hansı yenilik olarsa, bu barədə məlumat verəcəyik".
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
28 Oktyabr 2026