Neft ucuzlaşır: Brent bir barrel üçün 114,57 dollar təşkil edir

09:15 - 27.10.2026


27 oktyabr, Fineko/abc.az. Çərşənbə axşamı ticarətində etalon markaların qiymətləri enməyə davam edir.

Saat 09:13-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 1,24 dollar (1,07%) ucuzlaşaraq bir barrel üçün 114,57 dollara düşüb. 26 oktyabr ticarətinin yekunlarına əsasən, onların dəyəri 0,91 dollar (0,78%) azalaraq bir barrel üçün 115,81 dollar təşkil etmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin dekabr fyuçersləri saat 09:13-ə qədər 1,08 dollar (1,06%) ucuzlaşaraq bir barrel üçün 100,68 dollar təşkil edib. 26 oktyabr ticarətinin yekunlarına görə isə müqavilənin qiyməti 1,51 dollar (1,46%) ucuzlaşaraq 101,76 dollara enmişdi.