Vergi daxilolmaları 13,6 milyard manatı keçib — Maliyyə Nazirliyi

12:36 - 29.10.2026


29 Oktyabr, Fineko/abcnews. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi gəlirlərinin formalaşmasında əsas pay vergi orqanlarının xətti ilə daxilolmaların üzərinə düşüb.

Maliyyə Nazirliyinin məlumatına görə, dövlət büdcəsi gəlirlərinin 13 milyard 630,4 milyon manatı (46,5%) vergi orqanlarının, 9 milyard 628 milyon manatı (32,8%) Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) transfertlərin, 4 milyard 973,3 milyon manatı (17%) isə gömrük orqanlarının xətti ilə daxilolmaların payına düşüb.

Bundan əlavə, büdcə daxilolmalarının 543,2 milyon manatı (1,9%) büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən, 43,2 milyon manatı (0,1%) dövlət əmlakının icarəyə verilməsindən, 493,7 milyon manatı (1,7%) isə sair daxilolmalardan ibarət olub.