11:29 - 27.10.2026
27 Oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı ölkəmizin yürütdüyü müstəqil xarici siyasətin qlobal miqyasda qazandırdığı nüfuzdan və strateji nəqliyyat-logistika rolundan bəhs edib.
Dövlət başçısı ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb: “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb. Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət qazanan bir tərəfi kimi göstəririk”.
Azərbaycanın beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev xüsusilə nəqliyyat bağlantılarının qlobal gündəlikdə önəmli yer tutduğunu bildirib və əlavə edib ki, xəritəyə nəzər saldıqda Azərbaycandan yan keçmək çətindir.
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026