BMT-dən kritik xəbərdarlıq: 1,2 milyard insan acınacaqlı yoxsulluq pəncəsindədir

15:32 - 14.10.2026


14 Oktyabr, Fineko/abc.az. BMT-nin İnkişaf Proqramı (UNDP) və Oksford Universitetinin təqdim etdiyi "2026 Qlobal Çoxölchülü Yoxsulluq İndeksi" hesabatına əsasən, dünyada kəskin yoxsulluq şəraitində yaşayanların sayı 1,2 milyard nəfərə çatıb.

Bu göstərici əvvəlki məlumatlarla müqayisədə 51,5 milyon nəfər artaraq 2010-cu ildən bəri ilk dəfə yüksəliş dinamikası nümayiş etdirib.

Yoxsul əhalinin yarısından çoxunu (617 milyon) uşaqlar, 83%-ni isə kənd sakinləri təşkil edir. Əhalinin sürətli artımı və bəzi ölkələrdəki iqtisadi geriləmələr yoxsulların sayını artırsa da, Misir, Nepal və Tacikistan kimi ölkələr həm yoxsulluq nisbətini, həm də yoxsul əhalinin sayını hiss olunacaq dərəcədə azaltmağa nail olublar.