Aİ rusiyalı turistlərə viza məhdudiyyətlərini sərtləşdirməyi müzakirə edir

12:18 - 12.10.2026


12 Oktyabr, Fineko/abc.az. Avropa İttifaqı rusiyalı turistlər üçün viza qaydalarının daha da sərtləşdirilməsini və rusiyalı diplomatların ölkə daxilində hərəkətinə yeni məhdudiyyətlərin tətbiqini müzakirə edir.

"Politico" nəşrinin Aİ rəsmilərinə və İsveçin Ədliyyə naziri Qunnar Stremmerə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası rusiyalı turistlər üçün viza qaydalarının sərtləşdirilməsinə dair təkliflər paketinin hazırlanmasını yekunlaşdırır və onu 2027-ci ilin yanvarında təqdim etməyi planlaşdırır.

Məlumata görə, bu təşəbbüsü Polşa, İsveç və Estoniya da daxil olmaqla bir sıra ölkələr irəli sürür. Həmin ölkələr yeni məhdudiyyətlərin tətbiqi zərurətini "hibrid hücumlardan müdafiə" ilə əsaslandırırlar.