15:20 - 14.10.2026
14 Oktyabr, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyi (IEA) öz aylıq hesabatında bildirib ki, neftə olan tələbatın zəif olmasına baxmayaraq, Yaxın Şərq və Rusiyadakı münaqişələr səbəbindən dizel və orta distillatların qlobal təchizatı 2027-ci ilə qədər təzyiq altında qalacaq. Təhlükəsizlik riskləri səbəbindən dizel bazarları "həddindən artıq gərginlik" altındadır.
BEY-in proqnozuna görə, qlobal neft tələbatı bu il sutkada 2,6 milyon barel azalaraq orta hesabla 102,4 milyon barel/gün təşkil edəcək ki, bu da 2020-ci ildən bəri en böyük illik düşüşdür.
Müharibə səbəbindən qlobal neft ehtiyatları münaqişədən əvvəlki səviyyələrdən 509 milyon barel aşağı düşüb. 2027-ci ildə tələbatın sutkada 2 milyon barel artacağı gözlənilsə də, bərpa 2025-ci ilin səviyyəsindən aşağıda qalacaq.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026