Aİ Rusiyaya qarşı 1600 yeni sanksiya qəbul edib — Ən böyük məhdudiyyət paketi

15:00 - 12.10.2026


12 Oktyabr, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1 600 yeni sanksiya siyahısının qəbul edildiyini açıqlayıb.

Bu, müharibə başlayandan bəri Aİ sanksiyalarının ən böyük genişlənməsi hesab olunur.

Yeni məhdudiyyətlərin yarısından çoxu balistik raket istehsalı zənciri ilə bağlıdır. Kallas bildirib ki, tətbiq edilən sanksiyalar Rusiyanı artıq 1 trilyon avrodan məhrum edib və Moskvanın silah istehsalını daha xərcli, çətin və ləng edəcək.

Ali Nümayəndə həmçinin ABŞ-ı Graham qanun layihəsini qəbul edərək sankiyaları sinxronlaşdırmağa çağırıb.