Kanadanın neft-qaz şirkəti Azərbaycanda filialını açır

15:42 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. Kanadanın neft-qaz şirkəti “Gran Tierra Energy Inc.”in Azərbaycandakı fəaliyyəti üçün yerli filialı dövlət qeydiyyatına alınıb.

“Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkətinin Azərbaycan Respublikasındakı filialı 16 aprel 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb.

Filialın hüquqi ünvanı isə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 69E-dir. Filialın qanuni təmsilçisi Kolumbiya vətəndaşı Villalobos Herrera Hector Enrique-dir.

Qeyd edək ki, “Gran Tierra Energy Inc.” Kanadada əsası qoyulmuş beynəlxalq neft-qaz şirkətidir.