"Fitch": Şərqi Avropada geopolitik risklər və borç yükü iqtisadi artımı məhdudlaşdırır

11:24 - 13.10.2026


13 Oktyabr, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Şərqi Avropa iqtisadiyyatlarının geopolitik gərginliklərə qarşı davamlılıq göstərdiyini, lakin pul və büdcə-vergi siyasətindəki məhdud manevr imkanlarının iqtisadi artım tempini tormozladığını bəyan edib.

Agentlik Mərkəzi və Şərqi Avropa (CEE) regionunda 2027-ci ilədək mülayim bərpa proqnozlaşdırır. Bununla belə, davam edən inflyasiya təzyiqləri və sürətlə artan dövlət borcu yumşaq pul-kredit siyasətinə keçidi çətinləşdirir, daxili siyasi qeyri-müəyyənliklər isə büdcə konsolidasiyasını ləngidir.

Agentlik qeyd edir ki, Ukraynadakı müharibə, transatlantik təhlükəsizlik arxitekturasındakı qeyri-müəyyənliklər və artan hibrid risklər geopolitik gərginliyi yüksək saxlayır. Bununla yanaşı, region ölkələrinin kredit reytinqi görünüşlərində müsbət dinamika izlənilir.

 "Fitch" hazırda üç ölkənin görünüşünü "neqativ", üçünü isə "pozitiv" qiymətləndirir. Polşa və Rumıniyanın neqativ reytinq görünüşü genişlənən bütçə kəsiri və borc dinamikasının pisləşməsi ilə əsaslandırılır.