Birillik bitkilər üzrə kredit faizlərini dövlət qarşılayacaq

14:25 - 5.10.2026


5 oktyabr, Fineko/abc.az. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 100-cü Yubiley Aqrar Biznes Festivalında bildirib ki, 2026–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində kreditlərin faiz subsidiyası mexanizmi təsdiqlənib və bu payız ilk dəfə olaraq birillik bitkilər üçün ayrılacaq mövsümi kreditlərin faizləri Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə dövlət tərəfindən ödəniləcək.

Nazir həmçinin Qarabağ və Şərqi Zəngəzurda bağçılıq, su infrastrukturu, quşçuluq və müasir suvarma sistemlərinin genişləndirilməsi üzrə layihələrin icra olunduğunu vurğulayıb.