Azərbaycana gətirilən 20 ton bitki tərkibli spred yağı geri qaytarılıb

17:31 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Vita Milk” MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.

Sınaq nəticəsində “Крестьянское Чудо” əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulu partiyasında 3-monoxlorpropan1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkar edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qəbul edilmiş müvafiq qərar əsasında ümumi çəkisi 20 ton məhsul istehsalçı ölkəyə geri qaytarılıb.