Orta Dəhlizdə yerli məhsullar üçün ortaq bazarın yaradılması təklif edilib

16:10 - 16.09.2026


16 sentyabr, Fineko/abc.az. Bakıda keçirilən TDT-nin analitik mərkəzlərinin konfransında Türkiyə Alternativ Tədqiqatlar Mərkəzinin prezidenti Cemal Akkuş Orta Dəhliz üzərində kiçik və orta istehsalçılar üçün ortaq bazarın yaradılmasını təklif edib.

O bildirib ki, layihənin ilk mərhələsində toxuculuq, qida, sənətkarlıq, mədəniyyət turizmi və rəqəmsal istehsal sahələrində yerli məhsulların vahid marketinq strategiyası ilə bazara çıxarılması nəzərdə tutulur.

C.Akkuşun sözlərinə görə, mərhələli şəkildə icra olunacaq plan çərçivəsində ilk 3 ayda pilot bölgələr seçilməli, birinci ilin sonunda pilot satışlar başlamalı, növbəti illərdə isə ortaq platforma inkişaf etdirilərək layihə daha geniş Türk coğrafiyasına yayılmalıdır.