15:20 - 16.09.2026
16 Sentyabr, Fineko/abc.az. Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalayıblar.
Sənədi Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzov, Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumunun (KGK) vitse-prezidenti Hayrettin Kurt, Qazaxıstan Auditorlar Palatasının Şura sədri Sapar Koşkimbayev və Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov imzalayıblar.
Təsis sazişi sentyabrın 16-da Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunmuş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində imzalanıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026