Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artdı

15:46 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət balansında müsbət saldo kəskin artaraq 10,39 milyard dollara yüksəlib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 2,01 milyard dollar səviyyəsində idi.

Hesabat dövründə xarici ticarət dövriyyəsi 3,5 faiz artaraq 33,24 milyard dollar olub. İxracın 27,8 faiz artaraq 21,82 milyard dollara çatması, idxalın isə 24,1 faiz azalaraq 11,42 milyard dollara düşməsi ticarət profisitinin 5,2 dəfə genişlənməsinin ana səbəbi kimi göstərilir.