Azərbaycanda xarici ticarət iştirakçılarının sayı kəskin azaldı

11:44 - 16.09.2026


16 sentyabr, Fineko/abc.az. Azərbaycanda xarici ticarət iştirakçılarının sayında baş verən 16 539 nəfərlik kəskin azalma əsasən fiziki şəxslərin hesabına yönəlib. Belə ki, xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 38% azalaraq 43 965-dən 27 354-ə enib.

Eyni dövrdə hüquqi şəxslərin sayında isə 0,7% cüzi artım qeydə alınaraq göstərici 10 120-yə çatıb.

Hüquqi şəxslərin tərkibində dövlət sektoru üzrə iştirakçıların sayı 13% azalaraq 145-ə düşdüyü halda, özəl sektor üzrə iştirakçılar 0,9% artaraq 9 975-ə yüksəlib.