11:38 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinə istinadən bildirilir ki, İqtisadiyyat Nazirliyinin hazırladığı baza ssenarisinə əsasən, ölkədə orta illik inflyasiya göstəricisi tədricən azalacaq.
Cari il üçün 5,7 faiz səviyyəsində proqnozlaşdırılan inflyasiya 2027-ci ildə 5,3 faizə, 2030-cu ildə isə 4,3 faizə qədər geriləyəcək.
Bu proqnoz faktiki inflyasiya dinamikası, qlobal əmtəə və ərzaq qiymətlərinin enməsinin idxala müsbət təsiri, manatın məzənnəsinin sabit qalması fərziyyəsi və tənzimlənən tariflərin dəyişməsi nəzərə alınaraq hazırlanıb.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026