13:54 - 5.09.2026
5 Sentyabr, Fineko/abc.az. Bakıda Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC və "Azərbaycan Arıçılar Assosiasiyası" İB-nin birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyən fermerlər üçün onlayn qeydiyyat prosesi 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-a qədər bal.kendden.az portalı üzərindən aparılacaq.
Yarmarkada iştirak şərtləri və qaydaları:
Məhdudiyyət və tələblər: Qeydiyyatdan yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 1 sentyabr 2026-cı il tarixinədək minimum 40 arı ailəsi bəyan etmiş fermerlər keçə biləcək. Seçilən arıçılara SMS vasitəsilə bildiriş göndəriləcək.
Satış kvotası: Hər bir fermer yarmarkaya maksimum 450 kq bal (qablaşdırma daxil) və 30 ədəd şan çıxara bilər.
Keyfiyyət nəzarəti: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriyada yoxlanılacaq. Standartlara cavab verməyən ballar satışa buraxılmayacaq.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026